Növbət tədris ilindən hansı kurikulumların tətbiqinə başlanılacağı açıqlanıb.
 
Bu barədə Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində məlumat verib.
 
O bildirib ki, hazırda təkmilləşdirilmiş 4 fənn kurikulumu - riyaziyyat, kimya, biologiya, həyat bilgisi fənn kurikulumları, o cümlədən yeni yazılmış fənn kurikulumu elm və təhsil naziri Emin Əmrullayevin bu il fevralın 22-də imzaladığı əmr ilə təsdiq olunub.
 
"2024-2025-ci tədris ilindən etibarən riyaziyyat I-V siniflərdə, kimya və biologiya VII sinifdə, təbiət V-VI siniflərdə, həyat bilgisi I-II siniflərdə tətbiq ediləcək" - deyə M.Məhərrəmov əlavə edib.