"Məktəblinin dostu" layihəsinin tətbiqi ilə bağlı sorğu keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinə dair tədbirdə çıxışında deyib.
 
O bildirib ki, sorğu 15 məktəbdə aparılıb:
 
"Sorğuda 14 350 şagird (5-ci və yuxarı siniflər) iştirak edib. Onlardan 7500-ü oğlan, 6850-si qız şagirdlərdir. Həmçinin sorğuda, əsasən uşaqları ibtidai siniflərdə təhsil alan 2300 valideyn iştirak edib. Sorğu iştirakçılarının 90 faizi "Məktəblinin dostu" barədə məlumatlı olduğunu ifadə edib".