"Məktəblinin dostu" layihəsi ilə bağlı sorğunun nəticələri açıqlanıb
"Məktəblinin dostu" layihəsinin tətbiqi ilə bağlı sorğu keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinə dair tədbirdə çıxışında deyib.
 
O bildirib ki, sorğu 15 məktəbdə aparılıb:
 
"Sorğuda 14 350 şagird (5-ci və yuxarı siniflər) iştirak edib. Onlardan 7500-ü oğlan, 6850-si qız şagirdlərdir. Həmçinin sorğuda, əsasən uşaqları ibtidai siniflərdə təhsil alan 2300 valideyn iştirak edib. Sorğu iştirakçılarının 90 faizi "Məktəblinin dostu" barədə məlumatlı olduğunu ifadə edib".


18.04.2024 | 15:17