“Gesco” ASC “İnsan Resursları” üzrə təcrübə proqramı elan edib.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil Tələbə Krediti Fondundan bildirilib.
Tələblərə görə proqramda 4-cü kurs tələbələri, 2022-2023-cü il məzunları (İR sahəsində təcrübəli/təcrübəsiz şəxslər), “MS Office” proqramlarında sərbəst işləmək bacarığı olanlar, Azərbaycan dili yüksək, rus və ingilis dilləri ünsiyyət səviyyəsində olanlar iştirak edə bilərlər. Proqramda ixtisasla bağlı tələb yoxdur. 2 ay müddətində davam edəcək təcrübə proqramını müvəffəqiyyətlə başa vuran şəxslər sonda sertifikatla təltif olunacaq. Namizədlər arasından 3-5 nəfər seçiləcək.
Qeyd: Tələbələr üçün yarımştat mümkündür.
İş yeri: Bakı, Ziya Bünyadov pr. 1965-ci məhəllə, ”Çinar Park” Biznes Mərkəzi
Müraciət etmək istəyən tələbələr öz CV-lərini "Gesco ASC" başlığı ilə info@ttkf.edu.az mail adresinə göndərə bilərlər.