“Hazırda Xocalı şəhərindəki məktəbdə işlər tamamlanmaq üzrədir, eyni zamanda  Malıbəyli kəndində və Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Sözümüz imzamızdır” verilişinə açıqlamasında deyib.
 
Nazir bildirib ki, işlər qayıdış planlarına uyğun olaraq həyata keçirilir. 
 
"Bildiyiniz kimi, Kərkicahan qəsəbəsinə köç planlaşdırılır. Bu mənada hazırıq. Eyni zamanda, Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq. Ümid edirik ki, ən qısa zamanda həmin məktəbin məzunları öz yüksək nəticələri ilə həm bizi, həm də bütün Azərbaycan ictimaiyyətini sevindirəcəklər”.