"Azərbaycan Texnologiya Universitetinin 2023-2030-cu illər üzrə Strateji İnkişaf Planı" nın icrası çərçivəsində professor-müəllim heyəti üçün bir sıra təlimlərə start verilib. 

 

Universitetdən “Azərbaycan müəllimi”nə  bildirilib ki, təlimlər tədris prosesində interaktiv təlim metodları və texnologiyalardan istifadənin genişləndirilməsi, ixtisasyönümlü proqram təminatından (SPSS, Eviews, R commander, Matlab, 1C, Phyton, CAD, JavaScript (JS), C++, C#, SQL, CİS və s.) istifadə edərək tədrisin müasirləşdirilməsi kimi mövzuları əhatə edir. 

 

Silsilə şəklində davam edəcək təlimlərə xarici dillər, İKT bacarıqları, akademik yazı kimi mövzular üzrə tələbələrin cəlb olunması da nəzərdə tutulub.  

 

İctimai elmlər və multikulturalizm, Avtomatika və informasiya texnologiyaları  və Xarici dillər kafedraları tərəfindən təşkil olunan bu təlimlər tədris ilinin sonunadək davam edəcək.