“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, siyahıya Qarabağ Universitetinin də adı salınıb. Belə ki, Qarabağ Universitetinə fəlsəfə doktoru üzrə qəbul aparılacaq.
Həmçinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə Qarabağ Universitetinin adı əlavə edilib.