Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin “Fəlsəfə” ixtisasının IV kurs tələbələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev və komitənin əməkdaşları ilə görüşüblər.
BDU-dan bildirilib ki, tələbələrə həmin şöbənin fəaliyyəti ilə bağlı ümumi məlumat verilib. Qeyd edilib ki, şöbə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində maarifləndirmə işinin təşkilini həyata keçirir. Bu məqsədlə vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı müxtəlif formatda maarifləndirici tədbirlər həyata keçirilir.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və diskussiya aparılıb.