Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Univeristetinin tibb fakültəsində Avropa Tibb Tələbələri Assosiasiyasının (EMSA) təmsilçiliyinin yaradılması, fakültənin Assosiasiyaya həqiqi üzv olaraq qəbul olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə EMSA-nın strukturu, fəaliyyət planları, Pillarlar, EMSA xətti ilə digər Avropa universitetləri ilə əlaqələr, qazanılan xarici imkanlar, dəyişim proqramları ilə tibbi təcrübə mübadilələri, yeni yaranan əməkdaşlıqlar və s. haqqında məlumat verilib.
Sonda EMSA ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.