Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Təlimdən Karyeraya” layihəsinin təqdimatı keçirilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təqdimatda mərkəzin mehmanxana inzibatçısı, turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana və restoran işinin təşkili və idarəedilməsi, aşpaz və qənnadıçı, şirniyyatçı ixtisaslarında təhsil alan 150-dən çox tələbəsi iştirak edib. Tələbələrə layihə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, layihə müddətində iştirakçılara hotelçilik sektorunun müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklərin verilməsi planlaşdırılır.

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “Təlimdən Karyeraya” layihəsi Synergia Academy və “PMD Hospitality” MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və proqramın bütün mərhələlərini uğurla başa vuran namizədlər, “PMD Hospitality” MMC tabeliyində fəaliyyət göstərən hotellərdə iş ilə təmin olunacaqlar.