BMU-da xarici tələbələr üçün bayram tədbiri keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir təşkil edilib.
Tədbirdə xarici dillər kafedrasının müdiri Ətrabə Gül Azərbaycanın zəngin milli-mənəvi dəyərlərini özündə ehtiva edən bayramın tarixi, eyni zamanda multikultural ənənələrin daşıyıcısı olan Novruzun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında yer alması haqda ətraflı məlumat verib.
Tədbirin moderatoru Günel İsgəndərovanın interaktiv təqdimatında Novruz bayramı ilə bağlı adət-ənənələr, qeyd olunan dörd çərşənbə, eləcə də bayram süfrələrini bəzəyən hər bir nemətin fərqli simvolik məna daşıması barədə informasiyalar nəzərə çatdırılıb.
“Yallı” rəqsi ilə davam edən tədbirdə xarici tələbələrə Novruz şirniyyatları təqdim olunub.
Tədbirdə BMU-İNHA İDP-nin rəhbər heyəti, Secong İnstitutunun Koreya dilinin tədrisi üçün yeni ezam edilmiş müəllimi cənab Ho Hyun Jin, universitetin əməkdaşları iştirak ediblər.