Novruz bayramı münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tabeli təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri olan təhsil işçiləri ilə görüşüb.
Abşeron rayon və Sumqayıt şəhərlərində keçirilən görüşlərdə Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin, o cümlədən adət-ənənələrin qorunması ilə bağlı ardıcıl siyasətindən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs mədəniyyətlərarası dialoqa, qlobal sülhə də mühüm töhfə verir. Görüşdə şəhid ailələrinə diqqət və qayğının dövlətin prioritetləri sırasında dayandığı da qeyd olunub.
Sonda şəhid ailələrinə bayram sovqatları təqdim edilib.