Yeni Zelandiyalı geoloqlar Yer kürəsinin tarixində ən qədim və dağıdıcı zəlzələlərin izlərini aşkar ediblər. Mütəxəssislərin fikrincə, yüksək güclü seysmik təkanlar təxminən 3,3 milyard il əvvəl Paleoarxey dövründə baş verib.
Bu barədə araşdırma “Geology” elmi jurnalında dərc olunub.
Alimlər bu kəşfi Afrikanın cənubundakı mürəkkəb geoloji formasiya olan Barberton Greenstone xəttini araşdırarkən ediblər. Onlar bu qənaətə gəliblər ki, bu xətt Yeni Zelandiyada seysmik sarsıntılar keçirmiş daha gənc qayalara olduqca oxşardır.
“Qədim zəlzələlərin enerjisi tamamilə böyük idi və bütün bölgəni sarsıdırdı”, - deyə geoloq Simon Lamb bildirib.
Alimlər hesab edirlər ki, planetimizdə ilk zəlzələlər Yerdə həyatın yaranması ilə eyni dövrdə olub. Tədqiqatçıların fikrincə, tektonik proseslər bəlkə də dünyada ilk canlı orqanizmləri yaratmaq üçün lazımi enerjini təmin edib.
Azərtac