Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Gənc İntellektlər Klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “BAHAR kuboku” intellektual yarış keçirilib.

 

“Nə? Harada? Nə Zaman?” formatında keçirilən yarışda, ümumilikdə universitetin 60 tələbəsi 10 komandanın tərkibində mübarizə aparıb.

 

Yekun nəticələrə əsasən, “Cesi Dostları” komandası kubokun qalibi, “Master class” komandası II, “Paskal” komandası isə III yerin sahibi olub.

 

Qalib komandaların üzvləri sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tərəfindən təltif olunub.