Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Təlimçilər üçün təlim" proqramının 3 gün davam edən təlimləri yekunlaşıb.
12 regiondan iştirak edən 20 gənc müəllim təlim kursundan gözləntilər, təhsilin formaları, öyrənmənin müasir metodları, təcrübə əsaslı öyrənmə, insan hüquqları mövzuları ətrafında müzakirələr aparıb, qrup işləri və vörkşop təşkil ediblər.
Qeyd edək ki, proqramın əsas məqsədi təhsil sahəsində çalışan təlimçilərin bu istiqamətdə təcrübələrinin artırılması, təlim keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq olunmasının təşviqindən ibarətdir.
Ümumilikdə 3 gün davam edən proqramın növbəti mərhələsində müəllimlər regionlarda davamlılıq layihələri həyata keçirəcəklər.
Rəşad Ziyadov