Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün müsahibələrin tarixi açıqlanıb.
Müsahibələrə aprel ayının ilk günlərində start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda proqramın İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbul mart ayının 1-dən elan edilib. Sənədlərin qəbulu portal.edu.az səhifəsi üzərindən aparılır və iyun ayının 15-dək davam edəcək. Dövlət Proqramı çərçivəsində hər il 400-dək gəncin seçilməsinə imkan yaradılır.
Lamiyə Əlimərdanova