Xaricdə təhsil almaq istəyən tələbələrlə müsahibələrə aprel ayında start veriləcək

Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün müsahibələrin tarixi açıqlanıb.

 

Müsahibələrə aprel ayının ilk günlərində start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində  “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda proqramın İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

 

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbul mart ayının 1-dən elan edilib. Sənədlərin qəbulu portal.edu.az səhifəsi üzərindən aparılır və iyun ayının 15-dək davam edəcək. Dövlət Proqramı çərçivəsində hər il 400-dək gəncin seçilməsinə imkan yaradılır.

 

Lamiyə Əlimərdanova

 



14.03.2024 | 14:51