Təhsil İnstitutu Respublika Fənn Olimpiadalarında finala keçən şagirdlərin siniflər üzrə statistikasını təqdim edib. Statistikada qeyd olunur ki, 8-ci siniflər üzrə 176, 9-cu siniflər üzrə 325, 10-cu siniflər üzrə 220, 11-ci siniflər üzrə 265 şagird finala çıxıb.

 

Fənn Olimpiadalarının finalına keçən qız və oğlan şagirdlərin sayına gəldikdə, ikincilər üstünlük təşkil edir. Belə ki 324 qız, 662 oğlan olimpiadaların finalındadır.