Fənn olimpiadalarının finalında oğlanlar üstünlük təşkil edir | |
Təhsil İnstitutu Respublika Fənn Olimpiadalarında finala keçən şagirdlərin siniflər üzrə statistikasını təqdim edib. Statistikada qeyd olunur ki, 8-ci siniflər üzrə 176, 9-cu siniflər üzrə 325, 10-cu siniflər üzrə 220, 11-ci siniflər üzrə 265 şagird finala çıxıb.
Fənn Olimpiadalarının finalına keçən qız və oğlan şagirdlərin sayına gəldikdə, ikincilər üstünlük təşkil edir. Belə ki 324 qız, 662 oğlan olimpiadaların finalındadır.
|
|
12.03.2024 | 14:48 | |
|
|
|