Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunu keçirilib.
Hərbi-idman oyununda Beyləqan rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən tam orta məktəblərin X sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.
“Sərhəd” hərbi idman oyununda şagirdlər sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, avtomatın sökülüb-yığılması, maskalanma və maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə öz qüvvələrinin sınayıblar.
Oyunun nəticələrinə əsasən, Qaradağlı kənd tam orta məktəbin “Bozqurd” komandası I, I Şahsevən kənd 2 nömrəli tam orta məktəbin “Şahin” komandası II, Araz qəsəbə tam orta məktəbin “Zirvə” komandası isə III yeri tutublar.
Qalib komandalar kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Şakir CƏFƏROV