Hacıqabul rayon Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədovanın “Şagirdlərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilən dərzilik məşğələləri davam etdirilir. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş layihənin əsas məqsədi yerlərdə qızların təhsil almalarının, onların peşə sahibi olmalarının vacibliyini təbliğ etməkdir. Talış kəndində reallaşan layihə üzrə VII, VIII və IX sinif şagirdləri olan 4 qızın dərzilik məşğələlərində iştirak etməsi, dərzi peşəsinin ilkin bilik və bacarıqlarına yiyələnməsi nəzərdə tutulur. Məşğələlər uzun illər iş təcrübəsinə malik təcrübəli dərzi tərəfindən aparılır.
Layihə üzrə dərzilik məşğələlərinin noyabrın 18-nə qədər davam edəcəyi nəzərdə tutulur.