Ağdaş şəhər M.İsayev adına tam orta məktəbdə təsviri incəsənət fənni üzrə nümunəvi dərs keçirilib.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, dərsdə  regional  idarənin müdiri Elçin Kərimov, Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova, struktur bölmənin əməkdaşları və məktəbin pedaqoji heyəti iştirak ediblər.

 

Nümunəvi dərsdə boyakar, teatr rəssamı Böyükağa Mirzəzadənin füsunkar rənglər dünyası ilə bağlı, eləcə də qruplar şəklində şagirdlərə müxtəlif rəsm işlərinin hazırlanması tapşırıqları verilib.

 

Dərsin məqsədi şagirdlərdə estetik zövq formalaşdırmaq, fənn üzrə xüsusi qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, keçirilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsinin artırılmasından ibarət olub.

 

Sonda şagirdlərin çəkdikləri rəsm əsərləri müzakirə olunub və müvafiq meyarlar əsasında qiymətləndirmə aparılıb.

 

Şakir CƏFƏROV