Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda istehsalat təcrübələri uğurla davam edir.
Tələbələr Analitik kimya kafedrasının müəllimi Məmməd Məmmədovun rəhbərliyi ilə mayın sonuna qədər bu laboratoriyalarda fiziki-kimyəvi analiz metodları ilə işləmək bacarıqlarını daha da təkmilləşdirəcək, ölkəyə idxal və icrac olunan hər növ qida məhsulları, əlavələri, dərman preparatları, kübrələr, baytarlıq, kənd təsərrüfatı məhsullarının analizi, kimyəvi müayinəsi istiqamətlərində təcrübi biliklər toplayacaqlar.
Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.