"Qarabağ Universitetində tələbələr üçün təhsil ödənişsiz olacaq. İlk illərdə təhsilin ödənişli olmasını nəzərdə tutmuruq. Əlavə olaraq ödənişsiz yataqxana təminatı da olacaq".

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında bildirib. Nazir qeyd edib ki, ən yaxşı tələbələri Qarabağ Universitetinə aparmaq üçün yüksək bal toplamış tələbələrə əlavə təqaüdün də verilməsi nəzərdə tutulur.