Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal  turu İmişli şəhər 7 nömrəli tam orta məktəbində keçirilib.

 

İdarədən bildirilib ki, olimpiadanın yarımfinal turunda Beyləqan, İmişli və Saatlı rayonları üzrə 263 nəfər IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə biliklərini sınayıblar.

 

 Sabirabad rayonu üzrə isə yarımfinal turunda iştirak etmək hüququ olan 58 şagird Şirvan şəhər 16 saylı tam orta məktəbdə keçirilən yarımfinal turunda iştirak edib.

 

Bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV