Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Davamlı siyasət sənədi” qəbul olunub və Psixoloji xidmət laboratoriyası yaradılıb.
Bu barədə universitetin Elmi Şurasının son iclasında tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun ADPU-nun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi haqqında, “Psixoloji xidmət laboratoriyasının Əsasnamə”sinin təsdiqi və tədris-metodiki vəsaitlərinin nəşrinə icazə verilməsi barədə məruzəsində bildirilib.