Gədəbəy rayon ümumi təhsil müəssisələrinin psixoloqlarının yarımillik hesabatları dinlənilib.

 

Hesabat iclasında Gədəbəy rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb psixoloqları iştirak ediblər.

 

Çıxış edən psixoloqlar məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasında psixoloqların rolundan danışıb, həmçinin uşaqların müdafiəsi və təhlükəsizliyi, bu istiqamətdə görülən işlər barəsində məlumat veriblər.

 

Sektor müdiri Elməddin Zeynalzadə məktəb psixoloqlarının işlərinin səmərəli təşkili və illik fəaliyyətlərinin planlaşdırılması ilə bağlı bu cür hesabatların dinlənilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Sonda müzakirələr aparılıb, psixoloqları maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV