Qəbələdə 5 nömrəli tam orta məktəbdə rayon məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Tədbirdə Rayon Təhsil Sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və məktəb rəhbərləri iştirak ediblər.
Görüşdə məktəblərin idarəetməsi, müəllimlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, "Ən yaxşı təqdimat" müsabiqəsinin gedişatı, istedadlı şagirdlər üçün təşkil olunacaq fənn müsabiqələri, buraxılış imtahanları müzakirə olunub.
Görüşdə məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Şakir CƏFƏROV