Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən həyata keçirilən “Sumqayıt Dövlət Tələbə İnkişaf Proqramı”nın təqdimatı olub.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə SDU-nun sosial məsələlər üzrə prorektoru dosent Elmar Xəlilov proqramda iştirak edən tələbələrə uğurlar arzulayıb, “SDTİP”in tələbələrin bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra SDU TGT sədri Rəvan Paşayev tələbələrə proqram barədə ətraflı məlumat verib.
Proqramın məqsədi tələbələrin motivasiyasını artırmaq, liderlik bacarıqlarını inkişaf etdirmək, müəllimlər və mentorlar vasitəsilə onlara təhsil və karyera hədəfləri ilə bağlı dəstək verməkdir.
2 ay müddətində davam edəcək proqramı uğurla başa vuran tələbələr sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, proqrama 200 nəfər tələbə müraciət edib və onlardan 100 nəfəri proqramda iştirak etmək haqqı qazanıb.