Dövlət və özəl qurumların nümayəndələri Saatlı şəhər 4 nömrəli və Fətəlikənd tam orta məktəblərində fəaliyyət göstərən peşə təmayüllü siniflərdə olublar.
Qonaqlar həmin məktəblərin X sinif şagirdlərinin cəlb olunduqları peşə təmayüllü siniflərdə "Qənnadçı köməkçisi", "Kompüter operatoru", "Dərzi köməkçisi", həmçinin "Aqronom" ixtisasları üzrə təhsil alanların peşə hazırlığı və sözügedən layihə çərçivəsində görülən işlərlə tanış olublar.
Görüşdə qonaqlarla məktəblərin rəhbərliyi arasında özəl sektorun tələblərinə cavab verən peşə hazırlığı və sözügedən layihə çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Şakir CƏFƏROV