Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhid Osman Bayramovun doğum günü ilə əlaqədar ata ocağı ziyarət olunub. 

 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri, ona dərs deyən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılıb.

 

Bildirilib  ki, şəhid Osman  Bayramov 1994-2005-ci illərdə Ağalıkənd kənd tam orta məktəbində təhsil alıb. 2005-2007-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub.  II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  şəhid Osman Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə”  medalları ilə təltif edilib. 

 

Ağalıkənd kənd küçələrindən birinə onun adı verilib.


                                                                             

Şakir CƏFƏROV