İmişli rayon Rəsullu kənd tam orta məktəbində “Vətəni tanı” adlı hərbi mövzuda hərəkətli intellektual oyun keçirilib. Yarışda 10- 11-ci sinif şagirdlərindən təşkil olunmuş 4 komanda mübarizə aparıb. Beş mərhələdə keçirilmiş oyunda komandalara hər mərhələdə 3 açar sözün tapılması üçün tapşırıq verilib. Tapşırığı icra edən komanda yekun olaraq bir suala cavab vermək şərti ilə növbəti mərhələyə keçib.

 

Nəticədə beş mərhələni uğurla başa vuran “Qarabağ” komandası intellektual oyunun qalibi olub. Qalib komandaya yarışın təşkilatçıları tərəfindən müxtəlif mükafatlar verilib.

 

Vilayət Əliyev,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi