Samux rayon Lək kənd tam orta məktəbinin VIII sinfində Ağgül Qurbanovanın riyaziyyatdan “Sinir sisteminin reflektor funksiyası” mövzusunda “açıq dərs”i keçirilib.

 

Dərsdə şagirdlər üç qrupa (“Beyincik”, “Uzunsov beyin” və “Arabeyin”) bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçib. Dərs prosesində verilmiş “Sinir sisteminin quruluşu necədir?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

 

Sonda müşahidəçi qismində iştirak edən rayon təhsil şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən dərs təhlil edilib.

 

Nurəddin BABAYEV,

Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi