Elm və Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi"nin fərdi kateqoriysı üzrə qalibi “Limitsiz öyrənək – Khan Academy ilə” adlı layihənin təlim proqramına uyğun olaraq Khan Academy platforması vasitəsilə keçirilən təlimlər davam edir.

       

Layihə çərçivəsində Hacıqabul şəhəri 1 nömrəli tam orta məktəbdə təhsil alan 5-ci sinif şagirdlərinə Khan Academy platforması vasitəsilə riyaziyyat fənni üzrə təlimlər təşkil olunur.

 

28 dekabr 2023-cü il tarixindən başlayaraq keçirilən təlimlərin artıq 16-sı tamamlanıb. Ümumilikdə 34 akademik saatı nəzərdə tutan təlim proqramında şagirdlər artıq platformada 5-ci sinif materialları üzrə “Onluq kəsrlərin mərtəbə vahidləri”, “Onluq kəsrləri vurun”, “Onluq kəsrləri bölün”,  “Kəsrləri toplayın və çıxın” bölmələrini tamamlayıblar.

 

Qeyd edək ki, “Limitsiz öyrənək – Khan Academy ilə” adlı layihənin məqsədi V sinif şagirdləri üçün “Khan Academy Azərbaycanca” platforması vasitəsilə riyaziyyat və rəqəmsal biliklərin artırılması, fərdiləşdirilmiş təhsilin tətbiq edilməsinə nail olmaqdır.

 

 Layihə rəhbəri Hacıqabul şəhəri 1 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Sevda Səmədovadır.