Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin üzvləri Gənclər və İdman Nazirliyinin “Gənclərin ideya marafonu” adlı tədbirində uğurla çıxış ediblər.
Marafon çərçivəsində iştirakçılar komanda şəklində yeni ideyalar irəli sürüb, onların icra prosesi, qiymətləndirilməsi ilə bağlı fikirlərini əsaslandırıblar.
Marafonda ilk 3 yeri tutan komandaların üzvlərinə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunub. BDU-nun TGT üzvlərindən Rəsul Məmmədov “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, Ofelya Qocayeva isə Şəki Olimpiya İdman Kompleksinə 2 günlük istirahət paketi qazanıb.