Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri tərəfindən təqdim olunmuş 14 layihədən 5-i “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin finalına vəsiqə qazanıb.
Universitetdən bildirilib ki, liseyin X sinif şagirdləri- Nihad Həşimov və Onur Allazov fizika, astronomiya, İlyas Muxtarov və Bəxtiyar Əmiraslanov kimya, Fuad Hüseynov biologiya istiqamətləri üzrə, IX sinif şagirdləri- Cabir Abbasov kimya, Cavidan Pənahlı və Aylin İsayeva mühəndislik istiqamətləri üzrə final turunda iştirak etmək hüququ əldə ediblər.