Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari yanvarın 24-də ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb. 

 

Görüşdə Gürcüstandan olan nümayəndə heyəti, Elm və Təhsil Nazirliyinin əməkdaşları, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ADA Universitetinin rəhbər şəxsləri iştirak ediblər. 

 

Görüş zamanı Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması kimi məsələlər müzakirə edilib.