Bakının Binəqədi rayonundakı 83 nömrəli fizika-riyaziyyat-informatika və kimya –biologiya təmayüllü liseyin şagirdəri A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun qonağı olublar.

 

İnstitutdan bildirilib ki, məktəblilərin elmi quruma belə ziyarətləri tez-tez təşkil olunur və burada məqsəd  yeniyetmələrin,  gənclərin tarix elminə marağını artırmaqdan ibarətdir.

     

Görüş zamanı institutun yaranma tarixi, gördüyü mühüm və  vacib  işlər barədə    geniş məlumat verən  direktor müavini İlqar Niftəliyev elmi qurumun Azərbaycanın müstəqilliyi dövründə  qazandığı nailiyyətlərlə də şagirdləri ətraflı bilgiləndirib. Direktor müavini deyib ki, institutda fəaliyyət göstərən şöbələrin işi ilə yaxından tanışlıq  onların  dünyagörüşlərinin artmasında mühüm rol oynayacaq. Sonda şagirdlərin  sualları cavablandırılıb.

 

Sifai SƏFƏROVA