Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “EBSCO platformasından istifadə imkanları” mövzusunda növbəti silsilə vebinarlar keçiriləcək.
BDU-dan bildirilib ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçiriləcək vebinarlar EBSCO nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə rus dilində və ödənişsiz təqdim olunacaq.
Vebinarlarda iştirak etmək istəyənlər https://more.ebsco.com/RU-EBSCO-Training-Portal linkində qeydiyyatdan keçməlidirlər. Bundan sonra həmin şəxslər vebinara keçidi olan dəvət məktubu alacaqlar. Qeydiyyatdan keçmiş bütün iştirakçılara sertifikatlar veriləcək.
Yanvar ayının müxtəlif tarixlərində keçirilməsi nəzərdə tutulan vebinarların mövzuları:
- “Academic Search Premier nümunəsi əsasında multidissiplinar məlumat bazalarında elmi informasiya axtarışı” (22 yanvar)
- “EBSCO-nun elektron resursları beynəlxalq səviyyəli məqalələrin hazırlanmasında vasitə kimi” (23 yanvar)
- “EBSCO - elektron kitabların yüklənməsi zamanı hansı xüsusiyyətlərə diqqət yetirməli” (24 yanvar)
- “EBSCO elektron resurslarını görünən və istifadəli edən EBSCO Connect platforması” (25 yanvar)
- “EBSCO-nun mobil tətbiqi haqqında bir neçə söz” (26 yanvar)