Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaşların müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində silsilə təlimlərə start verilib.
İlk təlim universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov tərəfindən “İctimaiyyətlə əlaqələr sahəsində işin təşkili” mövzusunda keçirilib. İnzibati bina və fakültələrdən olan əməkdaşların iştirakı ilə keçirilən təlimdə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili məsələsinə toxunulub, diqqət edilməli məqamlardan danışılıb.
E.Məmmədov təlimdə sosial şəbəkədə kontent idarəetmə, böhran vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin düzgün qurulması, izləyici auditoriyasının idarəedilməsi və digər oxşar məzmunlu mövzularda təqdimatlar edib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.