Mingəçevir Dövlət Universitetinin (MDU) iqtsadiyyat və idarəetmə fakültəsində bir qrup valideynin cari tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidəsi təmin edilib.

 

Öncə valideynlərlə görüşən MDU-nun rəhbər heyəti imtahanların keçrilmə qaydaları, qiymətləndirmənin şəffaflığının təmin olunması, imtahan sessiyası ilə bağlı daxil olmuş müraciətlərə çevik baxılması üsulları və indiyədək keçirilən imtahanların statistikası barədə məlumat verib.

 

Sonra valideynlər auditoriyalarda olub, imtahan prosesinin gedişatını yaxından izləyərək tələbələrə uğurlar arzulayıblar. İmtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnun qalan valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.