Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib.
Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Gənc müəllimlərin forumu çərçivəsində şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd Azərbaycanın təhsil siyasətinin gələcək hədəfləri ilə bağlı təhsilverənləri maarifləndirmək, onlar arasında əməkdaşlığı gücləndirmək, həmçinin təhsildə ictimai dəstək və iştirakçılığı artırmaqdır.
Rəşad ZİYADOV