“Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib | |
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib.
Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Çıxışlardan sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd Azərbaycanın təhsil siyasətinin gələcək hədəfləri ilə bağlı təhsilverənləri maarifləndirmək, onlar arasında əməkdaşlığı gücləndirmək, həmçinin təhsildə ictimai dəstək və iştirakçılığı artırmaqdır.
Rəşad ZİYADOV
|
|
16.01.2024 | 16:47 | |
|
|
|