Qazax Müəllimlər Seminariyası (ADA) Qazax Mərkəzinin bərpa və yenidənqurmasını həyata keçirən memarlar Fizuli Əliyev, Əli Məmmədov və Məleykə Novruzluya “İlin ən yaxşı memarlıq layihəsinin müəllifləri” mükafatı təqdim olunub.

 

Memarlar bu mükafata Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Binaların bərpası və yenidən qurulması” nominasiyası üzrə  layiq görülüblər.

 

Universitetdən bildirilib ki, milli irsin qorunmasını özünün missiyası hesab edən ADA Universiteti tarixi binaları yalnız bərpa etmir, onları təhsil institutuna çevirir, bu memarlıq abidələrinə ikinci nəfəs gətirir. Bu yolla universitet həm də regionlarda təhsilin inkişafına töhfə verir,  təhsildə xeyriyyəçilik ənənələrini bərpa edir və irsə sahib çıxır. Bu səbəbdən də Seminariyanın    “İlin ən yaxşı memarlıq layihəsi” kimi dəyərləndirilməsi ADA Universiteti və onun xeyriyyəçi tərəfdaşlarını növbəti layihələrə və yeni missiyalara ruhlandırır.