İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi davam edir.

 

Mil-Muğan Regional Təhsil İdarəsindən daxil olan məlumata görə, idarənin müdiri Rəşad Musayev məktəbin yeni binasının tikintisi ilə yaxından tanış olub.

 

2023-cü ilin avqustundan tikintisinə başlanılan yeni məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə birtipli layihə əsasında 624 şagird yerlik olmaqla inşa edilir. Məktəbin yeni binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.   Bildirilib ki, üçmərtəbəli binada 26 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı, açıq idman meydançası və tibb otağı da fəaliyyət göstərəcək.

 

Eyni zamanda məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.

 

Şakir CƏFƏROV