Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu komandası Rusiya Federasiyasının “Юго-Западная”(Cənub-Qərb) liqasında uğurla iştirak edir. 5 ölkədən 24 komandanın qatıldığı yarışda “Azneft” yarımfinal mərhələsinə vəsiqə qazanıb. Hazırda Rusiyanın Kursk şəhərində olan komanda oktyabrın 26-da keçiriləcək yarımfinal mərhələsi üçün hazırlıqları davam etdirir.

 

Xatırladaq ki, ADNSU-nun “Azneft” ŞHK komandası Azərbaycan Regional ŞHK liqasının 2016 və 2017-ci ilin ikiqat çempionu tituluna layiq görülən və 5 oyun ərzində 7 kubok qazanan komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazan yeganə komandadır. Komanda Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “KİVİN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.