Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən İctimai Şuranın üzvləri LDU-da keçirilən imtahanların gedişini izləyiblər.

 

İctimai Şuranın sədri Güloğlan Bağırov, Şura üzvü Tofiq Heydərov universitetin bütün tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə əyani tanış olublar.
İmtahan tarixlərinin və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması İctimai Şura üzvlərinin diqqətini xüsusilə cəlb edib. Şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələr üçün lazımi şəraitin yaradıldığı üçün universitet rəhbərliyinə minnətdarlıq ediblər.