Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü  tədris ilinin payız semestrinin  qış imtahan sessiyası başlayıb.

 

İnstitutdan bildirilib ki, sessiya yanvarın 31-dək davam edəcək.

 

İnstitutda imtahan sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ  Qərargah və Münaqişə Komissiyası yaradılıb. Operativ Qərargah  sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə,  rəy və təklif qutusu vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 

İmtahan sessiyasının ilk günü rektor Azad Novruzov və Operativ Qərargahın üzvləri  imtahanların gedişi ilə yaxından tanış olub, tələbələri maraqlandıran sualları cavablandırıb, Apelyasiya Komissiyasına müraciət qaydaları haqqında tələbələri məlumatlandırıblar.