Bakı Dövlət Universitetində (BDU) tədris prosesinin idarəolunması optimallaşdırılır.
Bu məqsədlə Tədrisin təşkili və idarə olunması Mərkəzinin Qiyabi, əlavə təhsil və hazırlıq şöbəsinin Qiyabi təhsil, Əlavə təhsil və Hazırlıq sektorları ləğv edilərək onun bazasında Qiyabi və əlavə təhsil şöbəsi formalaşdırılacaq.
Bu barədə BDU-nun Elmi Şurasının iclasında qərar qəbul edilib.