Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.
Belə ki, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ədəbi-bədii kompozisiyalar, konfranslar, rəsm müsabiqələri, sərgilər, idman yarışları keçirilib.
Tədbirlərdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq verdiyi qərara əsasən təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük coşqu ilə qeyd olunduğu vurğulanıb. Bildirilib ki, həmrəylik ideyası milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir amal ətrafında birləşməsində əvəzsiz rola malikdir.